Xamneyidən ABŞ-la bağlı ŞOK QƏRAR
15.12.2015 1173 0
Vaşinqton İrana tətbiq etdiyi sanksiyaları ləğv etməyə hazırlaşdığı bir vaxtda Tehran ABŞ mallarına qadağa qoydu.
İranın “Tasım” agentliyinə istinadən verilən xəbərə görə, Tehran ABŞ istehsalı olan 227 adda məhsulun idxalını qadağan edib.
İran Ticarət Nazirliyi məlum qərarı İranın dini lideri Ayətullah Əli Xamneyinin təlimatından sonra qəbul edib.
Ancaq ABŞ mənşəli məhsullar uzun illərdir ki, qeyri-qanuni yollarla İran bazarına daxil ola bilir. Bunun ən böyük nümunəsi “Coca-Cola” şirkətinin məhsullarıdır./publika.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər