İranın ali dini lideri Ayətullah Əli Xamneyi prezidenti Həsən Ruhaniyə ABŞ-la bağlı məktub yazıb.
İranın rəsmi informasiya agentliyi İRNA-ya istinadən verilən xəbərə görə, dini lider Həsən Ruhanini ABŞ-ın hiylələri barədə xəbərdar edib.
“Ölkə iqtisadiyyatında problemlərinin aradan qaldırılması üçün iqtisadi sanksiyaların ləğv edilməsi kifayət etmir. Bir daha vurğulayıram, başda ABŞ olmaqla imperialist ölkələrin öz öhdəliklərinin yerinə yetirməsinə və hiylələrinə diqqət yetirmək lazımdır”, - dini lider məktubunda yazıb.
Qeyd edək ki, yanvarın 16-da ABŞ və Avropa nüvə proqramına görə İrana qarşı tətbi olunan sanksiyaların ləğv edildiyini açıqlayıb. İran üzərinə götürdüyü öhdəilikləri yerinə yetirməsə, məhdudlaşdırıcı ölçülər qaytarıla bilər.
Sanksiyaların ləğvindən bir gün sonra isə ABŞ İranın raket proqramının həyata keçirilməsinə cəlb olunan fiziki və hüquqi şəxslər qrupu barəsində sanksiyaları tətbiq edib. Sanksiyalar İranın 7, Çinin 1 vətəndaşına, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 2, Çinin bir şirkətinə qarşı tətbiq edilib. “Qara siyahı”ya düşən şəxslər və şirkətlərlə maliyyə sazişlərinin bağlanılması qadağan edilir və onların ABŞ-dakı maliyyə aktivləri dondurululur./publika.az/