Xamneyi: ABŞ İran və onun müttəfiqlərindən qisas alır
03.01.2020 539 0.0 0

ABŞ İraqdakı aviazərbələrlə İrandan və onun müttəfiqlərindən qisas alır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu İranın ali lideri ayətulla Əli Xamneyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsini şərh edərkən deyib.

O bildirib ki, bunun səbəbi İŞİD terror təşkilatının məhv edilməsidir:

“Biz görürük ki, amerikalılar İraq və Suriyada nələr edir. Onlar öz yaratdıqları və bəslədikləri İŞİD-in məhv olunmasına görə qisas alır”.

Həmçinin İranın dini lideri Ayәtullah Xamneyinin ofisinin yaydığı mәlumatda deyilir ki, general Süleymanini qәtlә yetirәnlәri ağır cәza gözlәyir.

Öz növbəsində İran Prezidenti Həsən Ruhaninin müşaviri Hisamuddin Aşena ABŞ-ın “qırmızı xətti keçdiyini” bildirib və İranın zəruri addımlar atacağını bəyan edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar