ABŞ-ın Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin ali lideri Ayətullah Əli Xameneiyə və onun əhatəsindəki şəxslərə qarşı hesablanıb.
TASS-a xəbər verir ki, bu barədə ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə tutulmasının ildönümü münasibəti ilə keçirilən brifinqdə Ağ Ev administrasiyasının yüksək vəzifəli əməkdaşı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İranın ali liderinə və onun əhatəsindəkilərə qarşı sanksiyaların tətbiqi onun ABŞ tərəfindən qəbul edilməsinin əhəmiyyətli nümayişidir: "İran rejimi son 40 il ərzində heç dəyişməyib. Bu, inqilabçıların çirkli əllərinə düşən həminki dəstədir, hansılar ki, 1979-cu ildə hakimiyyətə gəldilər", - o bildirib.
Daha əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Tehranla bağlı sanksiyalar siyahısının genişləndirildiyini elan edib.
Siyahıya dini liderin oğlu Mödctəb Xamenei və İranın Silahlı Qüvvələrinin Baş Qərargahı, o cümlədən Baş Qərargahın rəisi Məhəmməd Hüseyn Baqiri, bir sıra generallar, ruhanilər, məmurlar, həmçinin ölkənin 9 vətəndaşı daxil edilib./oxu.az/