Fevralın 14-də “İran Aşıqlar Birliyi”nin təşkilatçılığı ilə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, Tehranın "Əndiyşə" mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılıb.
Tədbirdə açılış nitqi ilə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.
Eyni zamanda, tədbirdə “Azərbaycan Aşıqlar Birliyi” tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” falklor qrupunun və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədovun iştirakı nəzərdə