Xalq artistinin səhhəti pisləşib
20.05.2016 1530 0.0 0

Xalq artisti Şahnaz Haşımovanın səhhəti pisləşib.

 

Məlumata görə, bu haqda müğənninin bacısı, əməkdar artist Aybəniz Haşımova məlumat verib:  “Səsimdə səsin, nəfəsimdə nəfəsin, ruhumda ruhun, bacım. Heç vaxt xəstələnmə. Yaxşı ki, özü zəng vurub dedi. Başqası zəng vursaydı, bəlkə də ürəyim dayanardı. Allah səni qorusun, bacım. Sən mənim dünyada qoynunda uyuduğum ikinci Anamsan, canımsan, nəğmələrimsən. Xəstələnmə, qurban olum. Sənsiz mən yaşaya bilmərəm. Bir dünyadayıq. Rahatam. Bax beləcə rahat qalmaq istəyirəm.

 

Hələ dünən danışanda, “ Ayka Allah eləməsin, birdən mənə nə isə olsa, məni yanına apar, Bakıya... Sənin yanında olmaq istəyirəm” demişdin. Mən isə deyirəm, “ Bacım, Allah eləməsin sənə nə isə olsun. Allah məni səndən qabaq öldürsün. Hər şey yaxşı olacaq. Qadan alım. O səs sussa, mən də susacam”./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar