Xalq artistinin səhhəti pisləşib
09.12.2015 1339 0.0 0

Bəstəkarlar İttifaqının katibi, xalq artisti Musa Mirzəyev səhhətinin kəskin pisləşməsi ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 
Məlumata görə, 82 yaşlı bəstəkar əvvəl mikro insult keçirib və xəstəxanada müalicə olunub. Lakin dekabrın 8-də bəstəkarın səhhəti qəflətən pisləşib. Onun müalicəsi dövlət hesabına həyata keçirilir. 
 
Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar