Xalq artistinin qardaşı oğlu öldürüldü
28.03.2015 1005 0.0 0
Qətlə yetirilən Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranın sahibi olub

 

Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib.

 

Xəbərə görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

 

O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.

 

Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar