Xalq artisti evə buraxıldı
22.08.2015 569 0.0 0

Kaman ustası Habil Əliyev evə buraxılıb.

Bunu  açıqlamasında Mərkəzi Klinik Xəstəxananın Baş həkiminin müavini Sədaqət Bəxri bildirib.

Onun sözlərinə görə, Habil Əliyev səhhətinin normal olduğunu, evə getmək istədiyini bildirib. Həkimlər, xalq artistinin səhhətini müayinə edərək xəstəxanadan çıxması üçün heç bir problem olmadığnı müəyyən ediblər. Buna görə də Habil Əliyev öz istəyi ilə evə buraxılıb.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva da  açıqlamasında kaman ustasının vəziyyətinin yaxşı olduğunu, müalicəsini evdə davam etdirdiyini bildirib.

“Mərkəzi Klinik xəstəxananın iki həkimi gecə-gündüz bizim evimizdə yoldaşımın səhhətinə nəzarət edir. Mənim qızım da kardioloq həkimdir. Ona görə də hazırda heç bir narahatçılıq yoxdur.”-deyə Şərqiyyə Əliyeva əlavə edib.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar