Türkiyəni qana bulayan terrora görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb. Məlumata görə, söhbət 3 polis, 3 mülki şəxsin şəhid olduğu və ötən gün baş verən Mardinin Midyat rayonundakı terror aktından gedir.
Terror təşkilatı PKK bu gün polis idarəsi qarşısında partladılan bombalı maşına görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçulara yaxınlığı ilə bilinən internet saytları hadisəni kod adı "Dirok Amed" olan İshak Katarın törətdiyini də yazıblar.
Polis idarəsinin binasına edilən qanlı hücumdan sonra təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı toqquşma da olub. İlkin ehtimala görə, partladılan maşında 500 kq-a yaxın partlayıcı maddə olub.
Ölən polisdən ikisi qadındır. Onlardan biri keçmiş prezident Abdullah Gülün mühafizəçilərindən olub. Qadın polis 6 aylıq hamilə idi. /anspress/