Xəzərdə yanğında olan işçilərin son vəziyyəti
05.12.2015 667 0.0 0

Yanğın baş verən ərazidən xilas edilən işçilər yaxınlıqda olan platformalara yerləşdirilir.

Bu barədə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, buna səbəb hava şəraitinin əlverişsiz olmasıdır.

"Küləkli havaya görə, yanğının söndürülməsində çətinlik yaşanır. Hətta havadan dəstək verən helikopterlər də çətinlik çəkir", deyə İ.Qurbanov bildirib.

Xatırladaq ki, 501 saylı özülündə köşk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.

Bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar