Xəzərdə batan 2 nəfərdən biri ölü tapıldı
19.04.2015 693 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki,  nazirliyə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşmişdir.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilmişdir, digər balıqçının axtarışı davam etdirilib.

Bildirək ki, bir neçə saat axtarışlardan sonra , xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar