Xəzərdə 21 yaşlı gənc oğlan böğulub
14.08.2015 438 0
Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki, 13.08.2015-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlu dənizdə batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. Axtarışlar nəticəsində 14.08.2015-ci ildə Ü.Abdullayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:55-də başa çatmışdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər