Xəzər sammiti ilin ikinci yarısında keçiriləcək
15.02.2018 769 0.0 0

“Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin ikinci yarısında keçiriləcək”.

 

“Sputnik-Qazaxıstan” agentliyinə istinadən verilən xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib.

 

O bildirib ki, sammitdə Xəzərin statusuna dair Konvensiyanın imzalanması gözlənilir: “Bu sənəd Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında imzalanacaq bir sənəddir. Tərəflər bütün detallarda razılaşıblar. Sənədin mətni demək olar ki, hazırdır”.

 

Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa çatması gözlənilir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar