«Xəzər Adaları» Hacı İbrahim Nehrəmlidən alınır? (FOTO)
03.07.2015 874 0.0 0

 

"Həqiqətən də hazırda “Xəzər Adaları” layihəsində tikinti işləri dayandırılıb. Ancaq şəhərin içərisində xırda tikinti-təmir işləri aparılır. Lakin ağır texnikanın və avtomobillərin hərəkəti üçün şərait olmadığına və bəzi maddi problemlərə görə, hələlik böyük tikintiləri dayandırmışıq". 

 



Bunu  açıqlamasında “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli deyib. O, milyardlıq layihəsin əlindən alınması ilə bağlı yayılan məlumatlara dair açıqlama verib. 

Onun sözlərinə görə, məlumatlar çox şişirdilib və həqiqəti əks etdirmir. 

İş adamı qeyd edib ki, indiyə qədər bu proyektə 1 milyard 161 milyon xərc çəkilib. "Mənim isə Beynəlxalq Banka 41 milyon borcum var. Onu da devalvasiya ilə əlaqədar 59 milyon borc kimi hesablamışdılar. Biz şikayət etdik, bu yaxınlarda yenidən borcu 41 milyon manat edəcəklər. Bundan başqa, ağır texnikalara görə də, əlavə olaraq 17 milyon manat borcum var. İndi 70 milyon borca görə 1 milyard 161 milyonluq layihəni əlimdən ala bilməzlər axı".

 


Hacı İbrahim Nehrəmli borca görə, tikintini satmaqla bağlı da səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, hələlik bu qədər pul verib layihəni alan yoxdur. Amma bank istəsə ala bilər. "Borcu çıxsınlar, 1 milyard 100 milyon manatımı qaytarsınlar. Bu mənim üçün daha da yaxşı".

 

Yayılan məlumata görə, “Xəzər Adaları” layihəsi Hacı İbrahim Nehrəmlinin əlindən alınır. Deyilənlərə görə, layihə zamanı Xəzər dənizində üzərində salınan tikintilər Beynəlxaql Bank tərəfindən müsadirə ediləcək.
Həmçinin bildirilir ki, "Xəzər Adaları” layihəsinin tikintisi də dayandırılıb və ola bilsin ki, bu layihə tamamilə ləğv edilsin.

Hacı İbrahim Nehrəmli bu il kredit borcuna görə həbs olunmuşdu. Sonradan o borcunun faizini qaytardığına görə azadlığa buraxılıbdı. Onun rəhbərlik etdiyi şirkətin işçilərinə maaş verə bilmədiyi barədə də məlumatlar yayılmışdı. Biznesmen özü isə bu barədə açıqlamasında bildirmişdi ki, həqiqətən də, saxlanıldığı ərəfədə işçilərin məvacibləri gecikib. Lakin sonradan problem həll olunub.

Buranın bütövlükdə 15 ilə hazır olacağı planlaşdırlıb. 2016-cı ilə qədər şəhərin 10 faizi istifadəyə verilməli idi.
 

 

 

Xəzər Adaları - Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər layihəsidir.

Burada 150 məktəb, 50 xəstəxana, parklar, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, hətta Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikilməsi planlaşdırlıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar