Xəstəxanaya düşən prezident əməliyyat olunacaq (FOTO)
20.01.2016 743 0.0 0

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Latviya prezidenti Raymond Veyonis təcili olaraq ürək əməliyyatı keçirəcək. Məlumata görə, bir neçə gün bundan öncə vəziyyəti pisləşən prezident xəstəxanaya aparılıb.

Həkim müayinəsindən keçən prezidentin ürəyində problem aşkarlanıb. Belə ki, onun ürək klapanlarının yaxınlığında irin olduğu məlum olub. Xəstəliyin ciddiliyini nəzərə alaraq təcili əməliyyat keçirilməsi üçün prezidentin ailəsindən icazə alınıb.

 


Raymond Veyonis


Vəziyyəti pisləşən prezident yanvarın 18-də “Qaylezers” Riqa şərqi klinik xəstəxanasına yerləşdirilib.

Prezident aparatından bildirilib ki, onun bu həftəyə təyin olunan bütün iclas və görüşləri təxirə salınıb.

Belə ki, prezidentin bu həftə Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü, anım tədbirləri çərçivəsində Azadlıq abidəsini ziyarəti planlaşdırılıb.

2002-2003-cü illərdə siyasətə “Yaşıl partiyada” başlayan Raymond Veyonis 2003-2011-ci illərdə ekologiya naziri, daha sonra 2014-cü ildə Latviyanın müdafiə naziri işləyib. 3 iyun 2015-ci ildə Latviya parlamenti məclisi tərəfindən prezident seçilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar