Son elmi araşdırmalar böyürtkənin xərçəng əleyhinə təsirini aşkar edib. Araşdırmalar göstərib ki, böyürtkən ekstraktı xərçəng hüceyrələrinin artmasının qarşısını alır.
Bu səbəbdən mütəxəssislər bu faydalı giləmeyvəni xərçəng xəstəliyindən əziyyət çəkən insanların qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Böyürtkən C vitamini (günlük dozanın 1/3 hissəsi) və marqansla zəngindir. C vitamini insan sağlamlığı üçün ən vacib maddələrdən biridir. C vitamininin güclü antioksidant xüsusiyyətləri var ki, bu maddə orqanizmi xroniki xəstəliklərin inkişafından, o cümlədən xərçəngdən qoruyur, qocalmanı ləngidir, damarların sağlamlığını və elastikliyini təmin edir.
Marqans sinir sisteminin normal fəaliyyəti üçün çox vacib, qaraciyəri piylənmədən qoruyur, qadın cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir, sümüklərin sağlamlığı üçün önəmlidir.
Böyürtkən həmçinin K vitamini ilə də zəngindir. Bu vitamin qanın laxtalanma sistemində olduqca böyük rol oynayır.
Böyürtkənin 100 qr-da yalnız 46 kalori var. Bu səbəbdən çəki problemi olan insanlar da bu faydalı giləmeyvəni öz rasionuna daxil edə bilərlər.
Böyürtkən antosian maddələrlə olduqca zəngindir. Məhz bu maddələr hüceyrə səviyyəsində xərçənglə mübarizə aparır, xərçəng hüceyrələrinin artmasının qarşısını alır./Saglamolun.az/