Xərçəng xəstəliyinə zərbə
15.01.2016 567 0.0 0

Xərçəng xəstəliyinin müalicəsində yeni dönəm başlaya bilər. 

Məlumata görə, dövrümüzün ən ağır xəstəliklərindən olan xərçəngin müalicəsində “inqilab” sayıla biləcək yeni müalicə üsulu tapılıb. İmmunaterapiya adalanan bu müalicə üsulunun zamanla xəstəliyin müalicəsində ən geniş yayılan kimyaterapiyanı və digər müalicə üsullarını əvəzləyəcəyi deyilir.

İmmunaterapiya üsulu yaxın zamanda xərçəng xəstlərinə digər müalicə üsulları ilə birlikdə tətbiq ediləcək. Hal-hazırda araşdırma mövzularından biri də fərqli immunaterapiya dərmanlarının birlikdə istifadə edilməsinin sınaqdan keçirilməsidir. 

Yaxın zamanda “American Society of Clinical Oncology” birliyinin keçirəcəyi konfransda bir neçə qərar qəbul ediləcək.

 

İgiltərənin Royal Marsden xəstəxanasının 4 fərqli immunoterapiya üsulu ilə bağlı çoxsaylı araşdırmalar aparan professoru Meri O. Brien bildirib ki, bəzi immunoterapiya dərmanlarını heç bir çarəsi olmayan xəstələrdə istifadə edir. 

"Xəstələrin bir qismində yaşam müddətini uzatmaq şansımız var. Əldə olunan nəticələr uğurlu olarsa, müalicə prosedurları tamam dəyişdirilə bilər. Bu dərmanların radioterapiya və kimyaterapiya ilə birlikdə istifadəsi üzərində isə araşdırmalar davam edir”.

Alimlərin fikrincə, hazırda əldə olunan ilkin nəticələr müalicə üsullarında eyni anda istifadənin mümkünlüyünü göstərir. Bu isə ümid verir. Mütəxəssislər yeni dərmanların xərçəngin hansı növünün müalicəsində daha təsirli olacağını öyrənən bir proqram üzərində də işləyirlər.

Yeni üsul illərdir tətbiq edilən xərçəngin müalicə üsullarını kökündən dəyişə bilər. 
Son əldə olunan nəticələr görə, immunoterapiya dərmanları kimyaterapiyadan daha effektli və uzun müddətli olur. Hətta immunoterapiya dərmanları sayəsində xərçəngin bir xroniki xəstəlik halına gətiriləcəyi də ehtimal edilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar