ABŞ-dan olan onkoloqlar komandası xərçəng xəstəliyini hələ onun simptomları görünməmişdən aşkarlayan qan analizi hazırlayıblar.
Xarici KİV-ə istinadən xəbər verilir ki, yeni metodika barədə tədqiqatçılar "Science" jurnalında məlumat veriblər.
"CancerSEEK" adlanan yeni test 500 dollar dəyərindədir və qanda səkkiz növ xərçəngin - ağciyər, döş, bağırsaq, mədəaltı vəzi, yumurtalıq, qida borusu, qaraciyər və mədə xərçənginin ölü hüceyrələrinin və biomarkerlərinin mutasiyaya məruz qalmış DNT-lərinin axtarışına əsaslanır.
Tədqiqatçılar bu üsulu müxtəlif mərhələlərdə xərçəng xəstəliyindən əziyyət çəkən mindən çox xəstə üzərində sınaqdan keçirib. Qan analizi onların 70%-də xəstəlik aşkar edib. 800 sağlam könüllüdən ibarət sınaq qrupunun yoxlanması göstərib ki, test sağlam insanlarda xərçəng xəstəliyini yalnız 1% halda səhv aşkar edib.
Amma test konkret hansı orqanın xəstəliyə yoluxduğunu müəyyənləşdirə bilmir, odur ki, müsbət nəticə təqdirində daha dəqiq diaqnostika tələb olunur./Report/