Xədicə İsmayılın məhkəməsi sabaha qaldı
31.08.2015 627 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq Radiosu”nun əməkdaşı, jurnalist Xədicə İsmayılın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

 

Qazeta.info  "Qafqazinfo"nun məlumatına əsasən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz nitqi ilə çıxış edib.

Çıxış zaman dövlət ittihamçısı X.İsmayılın son söz nitqində ittiham aktından kənara çıxdığı bildirərək etiraz edib. Hakimlər kollegiyası qısa müşavirə elan edib. Müşavirədən sonra məhkəmə təxirə salınıb. Növbəti iclas sabaha, sentyabrın 1-i saat 15-ə təyin olunub. 

Qeyd edək ki, Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar