Xəbərdarlıq-Hva şəraiti dəyişir
14.03.2015 701 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,  martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. 

                                                           

                                  15 mart hava məlumatı

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,

Martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 15-də
 hava şəraitinin əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar