Windows 10-la gələn virus təhlükəsi (FOTO)
05.08.2015 508 0.0 0

Windows 10 əməliyyat sistemi istifadəçiləri öz yenilikləri ilə yanaşı, təhlükə qarşısında qoyub. 

Məlumata görə, son zamanlar elektron ünvanlara bu əməliyyat sistemini pulsuz yeniləmək üçün məktublar gəlir. "Cisco Systems" şirkətinin saytında bu haqda xəbərdarlıq edilib. Bildirilir ki, ilk baxışdan məktubun Microsoft-dan gəldiyi inandırıcı görünür. Çünki elektron poçt olaraq Microsoft-un elektron ünvanı göstərilir. 

Bundan başqa, mesajda mavi və ağ rənglərin istifadə edilməsi də fırıldaqçılara insanları aldatmağa kömək göstərir. Çünki bu mesajda istifadə edilən rənglər Windows 10-un loqosu ilə çox bənzərdir.

 


Windows 10-u yeniləmək üçün göndərilən saxta mesaj

 

Məktubda Windows 10 əməliyyat sistemini yükləmək və yeniləmək üçün ".zip" fayl olur. Əsas problem bu faylın yüklənməsi və aktivləşdirilməsindən sonra başlayır. Əgər həmin fayl yüklənərsə, kompüterdəki bütün qovluqlar şifrələnir. Bundan sonra kompüter istifadəçiləri ransomware proqramına yönləndirilir. İstifadəçi 96 saat ərzində tələb edilən ödənişi etməzsə, şifrələnmiş qovluqların heç vaxt açılmayacağı haqqında bildiriş gəlir. İş orasındadır ki, ransomware proqramı sistemdəki faylları şifrələmək, sistemi və brauzerləri bloka salmaq və ya onların işinə maneə yaratmaqla istifadəçiləri pul ödəməyə məcbur edir.

 


Windows 10-un loqosu


"Cisco Systems" kompüter istifadəçilərini belə fırıldaqlara aldanmamağa çağırıb. Şirkət ilk olaraq şübhəli mesajları açmamağı, kompüterdəki sənədlərin surətini saxlamağı məsləhət görür. Ən etibarlısı isə Microsoft adından gələn elektron məktubları şirkətin saytına girməklə yoxlamaqdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar