Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-ı istifadə edənlərə daha bir yenilik təqdim edilib.
Məlumata görə, artıq bu tətbiqdən istifadə edənlərin bütün hərəkətlərini anbaan izləmək mümkün olacaq.
WhatsDog adlı yeni tətbiq Whatsapp-la sinxronlaşdırılıb. Ancaq buna baxmayaraq tətbiq Whatsapp-ın məhsulu deyil. Yeni tətbiq insanlar arasında inam hissini daha da azalda bilər.
Belə ki, WhatsDog istifadə edən şəxsin Whatsapp-da nə zaman olduğu və nə qədər vaxt keçirdiyini bilmək mümkün olacaq.
Bu isə mavi xəttdən sonra ailələrdə söz-söhbətin yaranmasına səbəb ola biləcək ikinci yenilik kimi qiymətləndirilir.
Tətbiqdən istifadə cütlüklər arasında bir növ hesabat xarekteri daşıyacaq. Yəni sevdiyiniz insanın bu gün saat neçədə və nə qədər Whatsapp-da vaxt keçirdiyini asanlıqla bilmək imkanına sahib olacaqsınız. Təbii ki, bu hal heç də hər kəsin ürəyincə deyil.
Qeyd edək ki, WhatsDog hələlik yalnız rəsmi olaraq Android cihazlar üçün istifadəyə verilib./anspress/