Dünyada ən geniş yayılmış mesajlaşma sistemi olan "WhatsApp" daha bir yeniliyini işə saldı.
Məlumata görə, səsli danışıq özəlliyi işə düşüb. Ancaq hələlik bu funksiyadan "Android" telefonlar istifadə edə bilər.
Bu funksiya bir müddət öncə test versiyasında işə salınmışdı.
Məlumata görə, səsli danışıq funksiyası problemsiz işləyir. Səs keyfiyyəti də normal telefon danışıqları ilə müqayisədə daha yaxşıdır. Ancaq təcrübədə 1 saniyəlik gecikmə olub.
Telefonlarda "WhatsApp"ın zəng funksiyasının aktiv olub-olmadığını yoxlamaq asandır. Belə ki, üz səhifədə zəng, söhbət və şəxslər olmaqla üç hissə yaradılıb.
Əgər sizə "WhatsApp"la zəng gəlirsə siz adi halda olduğu kimi ya cavab ver, ya da rədd et düyməsini basmaqla funksiyadan yararlana bilərsiniz. Zənglərə cavab verə-verə mesajlaşa da bilərsiniz.
Qeyd edək ki, səsli danışıq "WhatsApp"a xas bir yenilik deyil. Eyni funksiya bir müddət öncə "Facebook Messenger" tərəfindən də işə salınmışdı./anspress/