Geniş tanınan və dini dözümlülüyə sadiqliyinə və can atmasına görə yüksək qiymətləndirilən Azərbaycan son illər ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası (USCİF) tərəfindən kəskin tənqid edilməsi üçün hədəfə çevrilib. Qazeta.info bildirir ki, Trend-in məlumatına görə, bu barədə “Baltimore Jewish”in keçmiş baş redaktoru Mayan Caffenin “The Washington Times” qəzetində dərc edilən məqaləsində deyilir.
Məqalədə bildirilir: “Görünür, komissiya mandatının məqsədini unudaraq din və dini azadlığa heç bir aidiyyəti olmayan siyasi məsələlər üzrə bəyanatlar verir. Təəssüf ki, bu, aydın qərəz və komissiyanın əməkdaşlarının təcrübəsinin yoxluğu kimi görünür”.
M.Caffe yazır ki, nəticədə komissiya hesabatlarında erməni tərəfindən və dünyəvi Azərbaycanın tənqid edilməsi üçün İranın dövlət təbliğatının istifadə etdiyi yerli azsaylı QHT-lərdən eşitdiklərini təkrarlayır.
Məqalə müəllifi qeyd edir ki, komissiyanın tələbləri, əsasən, Azərbaycan Parlamentinin ekstremizmin və xarici missionerlərin fəaliyyətinin yayılmasının qarşısını almaq üçün 2013-cü ildə qəbul etdiyi yeni məhdudlaşdırıcı düzəlişlərlə bağlıdır: “Komissiya hesab edir ki, bu düzəlişlər dini azadlıqları məhdudlaşdırır və Azərbaycan hakimiyyətinin ekstremist dini qruplara qarşı bəzi məcburi fəaliyyətinə haqq qazandırmaq üçün istifadə edilir”.
M.Caffenin sözlərinə görə, komissiya tətbiq edilmiş məhdudiyyətin demokratiyanın, eləcə də Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi üçün lazım olduğunu qəbul etmir: “Azərbaycanı dini zəmində məhdudiyyətlər məsələsində tənqid etmək yersizdir. Bundan başqa, tarixin şahidliy etdiyi kimi, bu, əks-səmərəlidir”.
Məqalədə deyilir: “ABŞ digərlərini tənqid etməzdən əvvəl özü barədə düşünməlidir. ABŞ-da mətbuat azadlığı artıq xeyli pozulub və 2013-cü ildə bu ölkə Sərhədsiz Reportyorlar Təşkilatının “Mətbuat azadlığı” reytinqində 13-cü yerdən 46-cı yerə yuvarlanıb”.