Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 89-a çatıb
07.11.2017 744 0.0 0

Vyetnamda baş verən qasırğa nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb, 18 nəfər itkin düşmüş hesab edilir.

 

RİA Novosti agentliyinə istinadən verilən  xəbərə görə, ayın 4-dən Vyetnamda tüğyan edən “Damri” qasırğası irimiqyaslı daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.  

 

Hazırda 100 mindən çox yaşayış evinin su altında qaldığı bildirilir. Məlumata əsasən, təbii fəlakət ən çox Kxanxoa əyalətində yerləşən Nyaçanq kurort şəhərinə ziyan vurub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar