Vyetnamda beynəlxalq sammitin keçirildiyi ərazidə yeni tufan gözlənilir
10.11.2017 781 0.0 0

Bu mövsümdə 24-cü, "Haikui" adını almış yeni Sakit okean tropik fırtınası Filipindən qərbdə, Cənubi Çin dənizində yaranıb.

TASS-a istinadən xəbər verilir ki, Vyetnamın meteoroloji xidmətinin yaydığı məlumatına əsasən, bir neçə gün sonra o, Vyetnam üçün təhlükə yarada bilər.

Bildirilir ki, siklon güc toplayaraq, şimal-qərb istiqamətində yerini dəyişir. Sinoptiklər hələlik mərkəzində küləyin sürətinin saatda təxminən 90-105 kilometr təşkil edəcək tufanın dəqiq istiqamətini proqnozlaşdırmırlar.

Amma onlar istisna etmirlər ki, təbii hadisə bir neçə gün sonra Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlığı sammitində iştirak etmək üçün bir çox ölkələrin liderlərinin yığışdığı Dananq ərazisinə çata bilər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar