Vüqar Əliyevə yeni vəzifə verildi
26.02.2015 818 0
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
Məlumata görə, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq.
Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.
2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər