“Rusiya Ukraynada dayanmayacaq”.
UNIAN-a istinadən xəbər verilir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
“Bunu bütün sivil dünya anlayır. Ona görə də onlar düşmənə qarşı mübarizə aparmaqda bizə kömək edirlər. Sivil dünyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıc olduğunu anlamayan adam, demək olar, qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün mərkəzi və şərqini parçalamaqdır. Bu, Avropa və demokratiyaya qlobal zərbə deməkdir”, - Zelenski yazıb.
Prezident əlavə edib ki, sivil dünyanın özünümüdafiə hüququ var və bu səbəbdən Ukraynaya daha çox kömək edəcək.
Xatırladaq ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədinin demokratik yolla seçilmiş hakimiyyəti devirmək və yeni konstitusiya hazırlamaq olduğunu bildirib./report/