Bakı 2015 ilk Avropa Oyunlarında çərşənbə günü səhər saatlarında Bakı Kristal Zal 1-də keçirilmiş qadınlar arasında voleybol yarışlarında Almaniya B qrupunda nəzarəti ələ almaq üçün güclü oyun nümayiş etdirib və Hollandiyanı ağır məğlubiyyətə uğradıb.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, oyunların ilk setində Almaniya yığması 25-13 xal hesabı ilə qalib gələrək liderliyə erkən sahib olub. Hollandların isə ikinci setdə yaxşı çıxış etməklərinə baxmayaraq alman təcrübəsi 25-23 xal hesabı ilə qalib gələrək sonda öz sözünü deməyi bacarıb.
Voleybol oyunlarının üçüncü setində hakim Hollandiya yığmasına sarı kart göstərib. Belə ki, onlar, topu yerdən vurmaqla 25-22 xal hesabı ilə almanları qalib edən mübahisəli xala etiraz ediblər.
Alman voleybolçu Marqareta Kozuç komandasının ulduz oyunçusu olub. O, yığmasına 16 xal qazandırmaqla yanaşı torun yaxınlığından fərqli atışlar edərək rəqibini aldatmağa nail olub. Qazandığı xalların sevinci yaşayan idmançı, keçirilmiş uğurlu oyun barədə belə deyib:
Bugün keçirilmiş voleybol yarışlarında A qrupu üzrə oyunda Polşa Rumıniya üzərində 3-0 hesabı ilə asanlıqla qələbə qazanıb. Onlar ilk setdə 25-23, ikinci setdə isə templərini artıraraq 25-15 xal hesabı ilə rəqiblərini ağır məğlubiyyətə uğradıblar. Polşa yığması üç xalın hamısını qazanmaq üçün final setində 25-17 xal hesabı ilə görüşə damğa vuraraq rəqiblərinı məğlubiyyətə uğrada bilib.
Polşalı məşqçi Yacek Navroki qalibiyyət qazanmış yığmasının çıxışından məmnun idi. O bildirib ki, bundan əvvəlki yarışda Azərbaycan yığmasına məğlub olduqdan sonra bugünku qələbə çox vacib idi və o diqqətini artıq 19 iyun cümə günündə İtaliyaya qarşı keçiriləcək növbəti oyuna yönəldib.
Yarışda ən az reytinqli komanda Rumıniya olub. Belə ki, o, ilk üç oyununu məğlub olub və turnirdə qalmaq üçün növbəti görüşü Türkiyə ilə keçirəcək.
İlk Avropa Oyunlarında keçirilən voleybol yarışlarının B qrupunda Almaniya Rusiya ilə, Hollandiya isə Serbiya ilə qarşılaşacaq.