Vladimir Putinin Çinə səfəri başladı- Birgə bəyanat imzalandı
04.02.2022 368 0.0 0

Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində səfərdədir.

Qazeta.info “Report” a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Y.Uşakovun sözlərinə görə, axşam saatlarında Rusiya dövlət başçısı XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Bildirək ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri çərçivəsində Çin Sədri Si Cinpin birgə bəyanat imzalayıblar.

Sənəd beynəlxalq münasibətlər və qlobal davamlı inkişafı nəzərdə tutur.

Həmçinin birgə bəyanatda tərəflərin ABŞ, Böyük Britaniya və Avstraliyanın AUKUS assosiasiyasının yaradılmasından ciddi narahatlığı ifadə olunub.

Qeyd edək ki, ötən il ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli - AUKUS tərəfdaşlığının yaradıldığını bəyan etmişdilər. Bu tərəfdaşlıq çərçivəsində ilk böyük təşəbbüs Avstraliya üçün atom sualtı qayıqlarının hazırlanması haqqında bəyanat olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar