Vladimir Putindən Türkiyə haqda şok açıqlama
25.11.2015 2798 0.0 0

 

 

 

Vladimir Putin: "Türkiyə iqtidarı şəriət dövləti qurmaq istəyir"
 APA TV-nin "İnterfax"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bizim təyyarəmizin vurulması və rəsmi Ankaranın şəriət dövləti qurmaq siyasəti bizi öz vətəndaşlarımızın təhlükəsizliyi üçün Türkiyəyə getməməyə çağırmağa məcbur edir. Hesab edirəm ki, Xarici İşlər Nazirliyinin xəbərdarlığı düzgün addımdır", - deyə o, əlavə edib.

Putin bu qərarın yalnız təyyarə vurulması ilə bağlı olduğunu təkzib edib: "Dünənki hadisə xoşagəlməzdir, bu öz yerində. Amma problem daha dərindədir. Biz izləyirik, biz görürük ki, hazırkı Türkiyə hakimiyyəti illərdir məqsədyönlü şəkildə islami dövlət qurmaq üçün çalışır".

Putin bununla yanaşı, İslama hörmətlə yanaşdıqlarını da bildirib. "Rusiyada müsəlmanlar çoxdur və biz bərabər yaşayırıq. Amma radikallıq arzuolunmazdır. Radikallıq təhlükə deməkdir və biz bunun hazırda şahidiyik", - deyə Putin vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar