Vladimir Putin illik mətbuat konfransını təxirə salıb
21.12.2016 1009 0.0 0

Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransını təxirə salıb.

Bildirək ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

İnformasiyaya görə, bu, Rusiyanın Türkiyədə qətlə yetiriliən səfiri Andrey Karlovun dəfni ilə əlaqədardır.

Rusiya prezidentinin mətbuat katibi Dmtri Peskov bildirib ki, dekabrın 22-də Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andery Karlov dəfn ediləcək: "Həmin mərasimdə prezident Vladimir Putin də iştirak edəcək. Ona görə də prezident illik böyük məbuat konfransının dekabrın 22-də keçirilməsini təxirə saldı. Jurnalistlərin akkreditasiyası və mətbuat konfransının keçirilməsi ilə bağlı əvvəlki şərtlər qüvvəsindədir”.

Onun sözlərinə görə, V.Putinin illik böyük mətbuat konfransı dekabrın 23-də, Bakı vaxtı ilə saat 13.00–da keçiriləcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar