"Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".
Rusiya KİV-inə istinadən xəbər verilir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək "Qış Olimpiya Oyunları-2018"də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.
V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib.
Prezident həmçinin "Qış Olimpiya Oyunları-2018"ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.
Qeyd edək ki, ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb. Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər./Report/