Vitse-spikerin namizədliyi yeni vəzifəyə irəli sürülüb
17.02.2016 1255 0.0 0

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərovun namizədliyi Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb.
Milli Məclisdən verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir.
 
Qərar layihəsində deyilir: ““Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır:
 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin”.
 
Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar