Vitse-prezident: `Bu era artıq başa çatdı`
02.05.2017 1036 0
ABŞ-ın Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı strateji səbir erası başa çatıb.
Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens CBS televiziya şirkətinə müsahibəsində deyib.
“Biz Koreya Xalq Demokratik Respublikası ilə bağlı problemləri sülh yolu ilə həll etmək istəyirik. Amma strateji səbir erası başa çatıb”, - o bildirib.
Vitse-prezident xatırladıb ki, ABŞ əsrin dörddə birindən daha çox müddətdə danışıqlar aparıb və Pxenyanın nüvə proqramını inkişaf etdirməsinə səbrlə baxıb: “İndi bu arxada qalıb. Biz Koreya Xalq Demokratik Respublikasının iqtisadi və diplomatik təcridinə regiondakı müttəfiqlərimizi cəlb edirik”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər