Artıq sürücülər yol polisi postlarına təkcə cərimə olunmaq üçün gəlməyəcəklər.
Burda istirahətə də icazə verilir. Məqsəd yorğun və yuxulu sürücülərə kömək etməkdir.
Buna görə də rayonlararası bütün postlarda sürücülərin qısa müddətli istirahəti üçün şərait yaradılıb, avtomobili saxlamaq üçün ərazi, sanitar qovşaq və oturmaq üçün yer ayrılıb.
Yol polisləri bildirir ki, sürücülər belə dayanacaqlarda əsasən gecələr dayanırlar. Xüsusən də yük maşınlarının sürücüləri bu əraziyə tez-tez gəlirlər. Bəs yuxusuz sürücülər üçün postlarda hansı xidmətlər mövcuddur?
''Yol hərəkəti haqqında'' qanuna əsasən, yorğun halda avtomobil idarə etmək qadağandır. Odur ki, sürücülər polis postlarına cərimə olunmaq əvəzinə dincəlmək üçün gəlsələr yaxşıdır.
Qazeta.info “Xəzər Xəbər” -ə istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: