"Azərbaycanda kredit faizləri və digər xidmət haqlarının azaldılması templəri qaneedici deyil". Bunu Azərbaycanın baş bankiri Elman Rüstəmov kommersiya banklarının rəhbərləri ilə görüşündə deyib.İclasda vurğulanıb ki, istehlak kreditləşməsi zamanı komisyon haqların 1%-lə məhdudlaşması faiz dərəcəsini də əhəmiyyətli dərcədə azaldacaq.Faizlərin azalması üçün Mərkəzi Bank tərəfindən baklardan alınan uçot dərəcəsi aşağı salınıb.
Mərkəzi Bankın sədrinin bank rəhbərli ilə keçirilən görüşündə bank sektorunda maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə məsələləri ətraflı müzakirə olunub.
Baş bankir Elman Rüstəmov kommersiya banklarının rəhbərlərinə kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmadığını bildirib və konkret tapşırıqlarını verib. O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqların 1%-lə məhdudlaşdırılmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıb. Bank rəhbərləri isə tapşırıqlar nəzərə alınmaqla banklarda kompleks işlərin görüləcəyini bildiriblər.
Mərkəzi Bankın İdarə Heyəti iyulun 13-dən etibarən banklara verilən uçot dərəcəsini 3,5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib. Uçut dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə götürdüyü faiz dərəcəsidir. Bu isə iqtisadi artıma dəstək olmaqla yanaşı həmdə banklara tərəfindən vətəndaşlara verilən kredit faizlərinin azalmasına hesablanıb.
Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər də təhlil edilib. Mərkəzi Bankdan bildirib ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək./xezerxeber.com/