Vernyayev çoxnövçülükdə qızıl qazandı
19.06.2015 579 0.0 0
Azərbaycan idmançısı Oleq Stepko az fərqlə ikinci yeri tutdu

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, cümə axşamı, Milli Gimnastika Arenasında kişilər arasında fərdi çoxnövçülük yarışlarında Oleq Vernyayevin ən sevimli növü olan paralel qollarda çıxışı zamanı etdiyi yalnışlığa baxmayaraq, ukraynalı idmançı qızıl medal imkanlarını saxlayırdı.

Avropa Oyunlarının çoxnövçülük yarışlarının qızıl medal mükafatçısı Vernyayev hündür tir üzrə final yarışına çıxmazdan öncə Oleq Stepkodan (AZE) 0.401 xal öndə idi.

"Avropa çempionu olduğuma görə üzərimdə böyük təzyiq var idi. Lakin, mənim hədəfim yalnız qələbə idi" - deyə Vernyayev bildirdi.

Sonda Vernyayev hürdür tir üzrə final yarışında çıxış edərək Stepko ilə arasındakı xal fərqini 1.267 xala çatdırdı və yarışın qızıl medalını qazandı.

Stepko yarışı 89.065 xal ilə bitirdiyi halda, Vernyayev 90.332 xal qazana bildi.

Nikita Iqnatyev (RUS) yarışı 87.365 xal ilə üçüncü yerdə bitirdi. Yarışın əvvəlində İqnatev ayrı-ayrı hərəkətlər üzrə çıxışından sonra rəqibləri arasında birinci yerə yüksəlməklə medala olan iddiasını ortaya qoydu.

Rusiyalı idmançı sonrakı mərhələlərdə hündür tirdən yıxılmaq kimi səhvlərə yol verməklə yarış iştirakçıları arasında öz mövqeyini qoruya bilmədi.

Dimitri Barkalau (BLR) yarışı 86.966 xal ilə dördüncü yerdə başa vurdu.

Ayrı-ayrı hərəkətlər üzrə final yarışması şənbə günü, 20 İyun tarixində baş tutacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar