Vergilər Nazirliyində yeni təyinatlar olub
13.03.2017 831 0
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin baş direktoru dəyişib.
Məlumata görə, adıçəkilən departamentə yeni baş direktor Xəqani Qara oğlu İsgəndərov təyin edilib. Bundan öncə həmin vəzifəni nazirin müşaviri İlqar İsmayıl oğlu Əhmədov icra edib.
Bununla yanaşı, Nazirlikdə yeni Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb və ona baş direktor olaraq İlqar Əhmədov təyin edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər