Vergilər nazirliyində yeni təyinat
05.01.2017 1483 0.0 0

 Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. 
Məlumata görə, vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə keçmiş müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.
Qeyd edək ki, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin yerində Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti yaradılıb.
***
Həmçinin, nazirin əmrinə əsasən, Sərxan Murad oğlu Məmmədov yeni yaradılan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.
Qeyd edək ki, Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamenti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin yerində yaradılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar