Vergilər Nazirliyində KADR DƏYİŞİKLİKLƏRİ olub
21.09.2017 639 0
Azərbaycan Vergilər Nazirliyində bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Hüquq Departamenti baş direktorunun müavini Cavanşir Nuriyev Daxili Təhlükəsizlik Departamentin baş direktorunun vəzifələrini icra edən təyin edilib.
Daxili Təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmayılov isə vəzifəni tərk edib.
Bundan başqa, bu departmentin baş direktorunun müavini Nəsimi Cəfərov Koordinasiya Departamentinin baş direktorunun müavini təyin edilib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər