Vergi bəyannamələrinin yeni formaları belə olacaq (VİDEO)
28.12.2015 613 0.0 0

Vergi bəyannamələrinin yeni formaları təsdiq edilib. Nazirlikdən  verilən məlumata görə, prezidentin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən təsdiq edilən normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər və əlavələr olunub.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”, “İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”, “Sadələşdirilmiş vergi bəyannaməsi”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”, onların əlavələri və tərtib olunma qaydaları təsdiq edilib.

Bundan əlavə “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında” və “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları da təsdiq edilib.

Vergilər Nazirliyinin saytında yeni qaydalarla tanış olmaq olar. Qaydalar video təlimat formasında da paylaşılıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar