Venesuelada polis əməkdaşları ilə nümayişçilər arasında aprelin 30-dən mayın 1-dək baş verən toqquşmalar zamanı 300-dən çox insan xəsarət alıb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə "Venesuelanın cinayət forumu" hüquq-müdafiə təşkilatının rəhbəri Alfredo Romero bildirib.
"Aprelin 30-dən mayın 1-dək davam edən nümayişlərdə 4 ölü, 240 saxlanılan, (odlu və digər silahlardan açılan atəşlə) 300-dən çox yaralı", - deyə o özünün "Twitter" səhifəsində yazıb.
Bundan əlavə, Romero bildirib ki, 2 nəfər Araqua ştatında, daha 2 nəfər paytaxt dairəsində həlak olub. Ölənlərdən 2-i həddi-büluğa çatmayanlardır.
Nümayişlərdə hakimiyyətin tərəfdarları ilə əleyhdarları iştirak edib. Ölkə müxalifətinin lideri Xuan Quaydo bildirib ki, yaxın vaxtlarda dövlət qulluqçuları tətil keçirəcəklər.
Daha əvvəl bildirilirdi ki, Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyalarında baş verən toqquşmalar zamanı azı 78 nəfər xəsarət alıb.