Venesuelada hərbi çevrlişə cəhd- Video
30.04.2019 679 0.0 0

Venesuela hökuməti, müxalifətlə əlaqəli bir qurup hərbçinin dövlət çevrilişinə cəhd etdiyini və hökumətin bu çevrilişi yatırmaq istiqamətində hərəkətə keçdiyini açıqlayıb.

Qazeta.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Venesuela prezidenti Maduro, yaranmış vəziyyət ilə əlaqədar xalqı meydana çıxmağa çağırıb. Bildirək ki, Maduradan sonra özünü Venesuelada müvəqqəti prezidenti elan edən Xuan Quaidoda xalqa və hərbi birləşmələrə " küçələrə çıxın" deyə çağrış edib.

Yaranmış vəziyyətdən sonra, Venesuelanın Müdafiə naziri çevrilişlə bağlı çəhdləri rədd etdiyini və hazırkı prezident Nikolas Maduronun tabeçiliyində olduğunu bəyan edib.

Yaranmış vəziyyətlə əlaqədar Ağ Evdən aşıqlama gecikməyib. Ağ Evdən yayılan açıqlamada, ABŞ prezidenti Donald Tramp Venesuelada yaranmış son vəziyyətlə əlaqədar məlumatlandırıldığı və Xuan Quaido müvəqqəti prezident kimi tanıyanTramp vəziyyəti izlədiyi bildirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar