Venesuela nefti kriptovalyutaya satacaq
21.02.2018 862 0
Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyuta ilə satmağı tapşırıb.
Məlumata görə, bu gündən etibarən neft məhsulları petro kriptovalyutası ilə satılacaq.
Bundan başqa, ölkənin milli aviaşirkətlər assosiasiyası öz xidmətləri üçün petro ilə ödəniş etməyə başlayacaq.
Qeyd edək ki, petro Venesuelanın satışa çıxardığı kriptovalyutadır. Onun dəyəri Venesuela neftinin qiymətinə uyğun müəyyənləşdiriləcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər