Vaşinqtonda minlərlə ev işıqsız qalıb
13.02.2017 605 0.0 0

Vaşinqton və ətraf ərazilərdə güclü külək nəticəsində minlərlə ev işıqsız qalıb.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, ABŞ paytaxtının cənub-şərqində külək üçmərtəbəli binanın damını uçurub. Bir çox ərazilərdə elektrik naqilləri qırılıb.
 
Yerli yanğınsöndürmə xidməti ağacların evlərin üzərinə düşdüyü barədə məlumat yayıb. Qeyri-sabit hava şəraiti Vaşinqtonun hava limanlarında bir sıra uçuşların ləngiməsinə səbəb olub. Sinoptiklərin proqnozlarına görə, Vaşinqtonda gün ərzində küləyin sürəti saatda 80 km çata bilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar