Vaşinqtonda fövqəladə vəziyyət elan olunub
22.01.2016 561 0
ABŞ –ın paytaxtı Vaşinqtonda güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. “ABCNews”-a istinadən veril'n xəbərə görə, qar çovğunu həmçinin paytaxt ətrafı rayonları da cənginə alıb.
Şimali Karolina ştatının qubernatoru Pet Makrori yollarda iki nəfərin öldüyünü bildirib.
Virciniya ştatının polisi yollardakı qar yığında yüzlərlə avtomobillərin qaldığını, bir neçə nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.
ABŞ Milli Meteoroloji Xidməti şərq sahilinə doğru daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər