Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə edəcək
06.07.2015 837 0
Ceyms Uorlik: "Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriləcək"
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.
Məlumata görə, bu barədə Mİnsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”, - deyə C. Uorlik söyləyib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər