Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib
12.02.2018 795 0
Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır.
"RİA Novosti"-yə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
"Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq". Bu barədə Pens "Washington Post" nəşrinə müsahibəsində bildirib.
Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: "Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir".
Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb: KXDR əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək". /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər